Yuxarı

"Abşeron" yatağından Türkiyəyə qaz tədarük ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Abşeron" yatağından Türkiyəyə qaz tədarük ediləcək

BOTAŞ (Boru Xətləri ilə Neft Daşıma AŞ) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın "TotalEnergies" şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə təbii qaz təchizatına dair müqavilə imzalayıb.

Axar.az Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, müqavilənin imzalanması Bakı Enerji Həftəsi çərçivəsində həyata keçirilib.

İmzalanan təbii qaz təchizatı sazişinə əsasən, "Abşeron" yatağında hasilat üçün yatırılacaq investisiyalar çərçivəsində 2029-cu ildən başlayaraq 15 illik müddət ərzində Türkiyəyə ümumilikdə 33 milyard kubmetr təbii qaz nəql olunacaq.

Xatırladaq ki, Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar yanvar ayının əvvəlində Azərbaycanla cəmi 33 milyard kubmetirlik yeni təbii qaz tədarük müqaviləsinin hazırlandığını elan etmiş: "Azərbaycanda Abşeron sahəsindən hər il 2,25 milyard kubmetr olmaqla 15 il ərzində də cəmi 33 milyard kubmetrlik bir müqavilə",- nazir bildirib.

Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır. "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə SOCAR arasında müqavilə imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Hazırda SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.

Tarix
2026.06.01 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Bakı və İrəvan arasındakı sülhdən danışdı: İyun ayında...

Elçin Quliyev iranlı generalla görüşdü - Foto

Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu

Donald Tramp “Bakı Enerji Həftəsi”nə məktub ünvanladı

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi

Bakıdan Ermənistana buğda və taxıl göndərildi

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

Ərdoğan Bakıdakı bu tədbirin iştirakçılarına məktub ünvanladı

Nizaminin abidəsinə qarşı hörmətsizlik... - Səfirlik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla