Yuxarı

Qarabağda su təminatı - Mənbələr açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda su təminatı - Mənbələr açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə içməli su və kanalizasiya infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilib.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, ən böyük su təchizatı sistemlərindən biri Xankəndi şəhərində fəaliyyət göstərir.

Qeyd edilib ki, şəhər Xəlfəli çayı, magistral su kəmərləri və 15 subartezian quyusu vasitəsilə su ilə təmin olunur. Xankəndidə 104 kilometr uzunluğunda su şəbəkəsi, sutkalıq gücü 16 min kubmetr olan iki sutəmizləyici qurğu, 15 min kubmetr tutumlu su anbarları və 67 kilometr kanalizasiya şəbəkəsi istismar edilir. Hazırda şəhərdə 3 264 abonentə xidmət göstərilir.

Şuşa şəhərində isə Kiçik Kirs və Zarıslı su mənbələrindən qidalanan sistem vasitəsilə şəhərin su təminatı həyata keçirilir. Burada 34.5 kilometr su şəbəkəsi, 27.5 kilometr kanalizasiya xətti və sutkalıq məhsuldarlığı 5 min kubmetr olan sutəmizləyici qurğu fəaliyyət göstərir. Şuşada 535 abonent və 30 istehlakçı su xidmətlərindən istifadə edir.

Xocalı, Əsgəran, Xocavənd, Hadrut və Ağdərə yaşayış məntəqələrində də mövcud su mənbələri bərpa olunub, yeni su xətləri çəkilib, əlavə subartezian quyuları qazılıb və tullantı sularının təmizlənməsi üçün müasir qurğular quraşdırılıb.

Hazırda regionun şəhər və qəsəbələrində dövlət qurumları, təşkilatlar və məskunlaşmış əhali üçün dayanıqlı su təchizatı xidmətləri təmin edilir.

Tarix
2026.06.03 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bu ölkələrə səfər etməyin - XİN-dən xəbərdarlıq

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Rusiya Bakı və İrəvanı itirir, tək qalıb - Zelenski

Ceyhun Bayramov Yaponiyaya getdi

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla