Yuxarı

Bankomatlarda barmaq izi ilə əməliyyat...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bankomatlarda barmaq izi ilə əməliyyat...

Son vaxtlar bəzi bankların yeni nəsil ATM-lərində yerləşdirilən “Fingerprint” (barmaq izi) modulu vətəndaşların diqqətini çəkib. ABB, “Kapital Bank” və “Unibank” kimi bankların bir sıra bankomatlarında görünən bu qurğunun hansı məqsədlə quraşdırıldığı və hazırda istifadə olunub-olunmadığı ilə bağlı suallar yaranıb.

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının (ABA) eskperti Azər Rəsulov Axar.az-a açıqlamasında bildirib ki, ATM-lərdə yerləşdirilmiş “Fingerprint” modulu hazırda aktiv istifadə rejimində deyil. Bu səbəbdən toxunma zamanı hər hansı reaksiya müşahidə olunmur.

“Hazırda müştərilər tərəfindən barmaq izi vasitəsilə əməliyyat icrası mümkün deyil. Banklar alternativ və daha təhlükəsiz autentifikasiya üsullarına üstünlük verirlər. Xüsusilə mobil tətbiqlər üzərindən biometrik təsdiq və QR kod əsaslı kartsız əməliyyat mexanizmləri prioritet istiqamət kimi qiymətləndirilir. Bu səbəbdən yaxın perspektivdə barmaq izi üzərindən ayrıca əməliyyat funksionallığının tətbiqi planlaşdırılmır”, - o qeyd edib.

A.Rəsulov vurğulayıb ki, mövcud mərhələdə “Fingerprint” texnologiyasının PIN kodu tam əvəz etməsi də nəzərdə tutulmur:

“Banklar təhlükəsizlik baxımından çoxfaktorlu autentifikasiya mexanizmlərinə üstünlük verirlər.

Barmaq izi texnologiyasının ayrıca xidmət kimi tam istifadəyə verilməsi ilə bağlı hazırda təsdiqlənmiş tətbiq planı mövcud deyil.

Hazırda ATM-lərdə barmaq izi məlumatlarının toplanılması, saxlanılması və ya hər hansı dövlət informasiya bazası ilə inteqrasiyası həyata keçirilmir”.

Tarix
2026.06.03 / 15:17
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla