Yuxarı

Geyimlər niyə tez sıradan çıxır? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert

Son illərdə aldığımız geyimlərin keyfiyyətində nəzərəçarpacaq dərəcədə aşağı düşdüyü müşahidə edirik. Bir çox hallarda paltarlar ilk yuyulmadan sonra formasını itirir, rəngi solur və sıradan çıxır.

Mövzu ilə bağlı Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, istifadə etdiyimiz geyimlərin keyfiyyətinin aşağı düşməsinin bir neçə mümkün səbəbi var.

“Ucuz və sürətli istehsal olunan geyimlərin bazarda çoxalması keyfiyyətə təsir edir. Bir çox brend daha az xərclə daha çox məhsul istehsal etməyə üstünlük verir və bu zaman parça keyfiyyəti və tikiş möhkəmliyi zəifləyə bilir. Sintetik materialların (poliester və qarışıq parçalar) daha geniş istifadə olunması da geyimlərin tez köhnəlməsinə səbəb olur. Bu cür parçalar ilk baxışda yaxşı görünsə də, yuyulduqdan sonra formasını itirə, rəngi sola və ya tez sıradan çıxa bilər”, - o deyib.

Ekspert vurğulayıb ki, istehsalın müxtəlif ölkələrə köçürülməsi və ucuz əmək bazarından istifadə də keyfiyyəti aşağı salır:

“Bəzi hallarda kütləvi istehsalda hər bir məhsul eyni səviyyədə yoxlanılmır. Geyimlər düzgün temperaturda yuyulmadıqda və ya uyğun yuyucu vasitə seçilmədikdə də tez zədələnə bilər”.

Tarix
2026.06.04 / 14:01
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla