Yuxarı

Prezident Azərbaycan qadınlarını təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Azərbaycan qadınlarını təbrik etdi

Prezident İlham Əliyev 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Dövlət başçısı qeyd edib: "Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram.

Siz əsrlər boyu formalaşmış əxlaqi sərvətlərimizin, mədəni-mənəvi dəyərlərimizin layiqincə qorunub saxlanmasını təmin etmiş, tariximizə öz uzaqgörənliyiniz, fədakarlıq və qəhrəmanlıqlarınızla parlaq səhifələr yazmısınız. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik dilimizin ötən dövrlərin sınağından çıxaraq bu gün də yaşaması və zənginləşməsində misilsiz xidmətləriniz vardır. Gözəl ana kimi gənclərimizin vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə, istiqlal ideallarına və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvənizi sərf edirsiniz. Siz həm də maarifpərvər qadın ziyalılarımızın yolunu ləyaqətlə davam etdirərək, mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə istedad və bacarığınızı getdikcə daha böyük əzmlə gerçəkləşdirirsiniz.

Cəmiyyətimizin həyatına dinamizm qazandıran sosial fəallığınız və onun ahəngdarlığını təmin edən yüksək ictimai mövqeyiniz zəngin mənəviyyatınızın, dərin zəkanızın, təşkilatçılıq qabiliyyəti və işgüzarlığınızın nəticəsidir. Azərbaycanın gələcək inkişafına uyğun, mühüm əhəmiyyətli layihələrin daimi iştirakçıları olaraq müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətlərinizlə siz göstərilən etimadı həmişə doğrultmusunuz. İctimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə apardığınız səmərəli işlərin bəhrələri yurdumuzun hər bir guşəsində özünü aydın şəkildə büruzə verir. Ölkənin hazırkı simasının müəyyənləşməsində özünəməxsus yer tutan və əhatə dairəsi mütəmadi genişlənən müvəffəqiyyətləriniz müasir Azərbaycan reallığının diqqətəlayiq hadisələridir.

Ümidvaram ki, siz xanımlar xalqımıza xas milli mənəvi dəyərləri bundan sonra da yaşadacaq və tükənməz intellektual potensialınızla gündən-günə yeniləşən respublikamızın çiçəklənməsi naminə töhfələrinizi əsirgəməyəcəksiniz".

Tarix
2014.03.07 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla