Yuxarı

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Marketlərdə bu məhsullar kəskin bahalaşdı

Son günlər ölkə üzrə bəzi mağazalarda əsas istehlak məhsullarının qiymətlərində artım müşahidə olunur. Xüsusilə şokolad, kərə yağı, duru yağlar, məişət salfetləri kimi gündəlik istifadə olunan məhsullarda qiymət dəyişikliyi var.

Axar.az xəbər verir ki, bəzi məhsullar əvvəlki qiymətindən xeyli yüksək “standart qiymət”lə satışa çıxarılır, daha sonra isə endirim tətbiq edilərək qiymətlərin aşağı salındığı göstərilir. Lakin nəticədə endirimli qiymətin belə əvvəlki real satış qiymətindən yüksək olduğu üzə çıxır.

Şokolad məhsulları:

Alpen Gold: əvvəl 2.20 AZN olan qiymət 4.20 AZN-ə qədər yüksəlib. Hazırda endirimlə 2.60 AZN-ə təklif edilir;

Milka: əvvəl 3.20 AZN olan qiymət 5.50 AZN göstərilir. Endirimli satış qiyməti isə 3.40 AZN-dir.

Kərə yağı:

Anchor: əvvəl 19.00–21.00 AZN olan kilo qiyməti hazırda 24.95 AZN-dir. Endirimli qiymət 22.95 AZN göstərilir.

French Cow: əvvəl 20.00–22.00 AZN aralığında olan qiymət 28.90 AZN-ə qalxıb. Endirimlə 24.19 AZN-ə təklif olunur.

President: əvvəl 24–26 AZN olan qiymət 37.69 AZN-ə yüksəlib, endirimli satış isə 34.69 AZN-dir.

Azərsüd: əvvəl 19.00 AZN olan qiymət 23.50 AZN-ə qədər artıb.

Duru yağlar:

Zeytun yağı (Zeytun Bağları, 1 litr): əvvəl 15 AZN olan qiymət 19.19 AZN-dir. Endirimli satış qiyməti isə 17–18 AZN aralığında dəyişir.

Salfetka və məişət məhsulları:

3 qat, 6 rulon “Aura” mətbəx dəsmalı: əvvəl 9–10 AZN olan qiymət hazırda 14.19 AZN-dir. Endirimlə 10–11 AZN-ə satılır.

“Selpak” mətbəx salfeti (6 rulon): əvvəl 7–8 AZN olan qiymət 16.89 AZN-ə yüksəlib. Endirimli qiymət isə 9.99 AZN-dir.

Qeyd edək ki, endirimli qiymətlər hər zaman tətbiq olunmur və bəzi hallarda məhsullar yalnız “əsas qiymət”lə satışa çıxarılır.

Tarix
2026.06.10 / 14:07
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla