Yuxarı

Buna görə bəzən tənqid olunuruq - Valeh Ələsgərov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Buna görə bəzən tənqid olunuruq - Valeh Ələsgərov

Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələr üçün əsas prioritet yüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsaldır.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.

Onun sözlərinə görə, zonada istehsal olunan məhsulların ən azı 75%-i Azərbaycan hüdudlarından kənara ixrac edilməlidir.

Vahid Ələsgərov bildirib ki, bu yanaşmanın əsas məqsədi yerli bazara yönəlmiş müəssisələrin zona ərazisində yerləşməsinin qarşısını almaq və Azad İqtisadi Zonada fəaliyyət göstərən şirkətlərlə ölkənin əsas iqtisadiyyatında çalışan biznes subyektləri arasında qeyri-bərabər rəqabətin yaranmasına yol verməməkdir.

"Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən şirkətlər vergilərdən, gömrük rüsumlarından və digər ödənişlərdən azad olunduqları üçün üstün mövqeyə malikdirlər. Bu səbəbdən yerli şirkətlər üçün onlarla rəqabət aparmaq çətin ola bilər", - deyə o qeyd edib.

İdarə Heyətinin sədri vurğulayıb ki, bu mövqeyə görə bəzən tənqidlərlə üzləşsələr də, beynəlxalq təcrübə seçilən modelin düzgün olduğunu göstərir.

Vahid Ələsgərov nümunə olaraq İrlandiyanın 1959-cu ildə yaradılmış Şennon Azad İqtisadi Zonasını göstərib. Onun sözlərinə görə, həmin zonada da istehsal olunan məhsulların 75%-dən çoxunun ixrac edilməsi tələbi tətbiq olunub və bu yanaşma sonradan ölkənin iqtisadi inkişafına mühüm töhfə verib.

Tarix
2026.06.11 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla