Yuxarı

Azərbaycanda 147 milyonluq narkotik məhv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 147 milyonluq narkotik məhv edildi

İyunun 11-də hüquq-mühafizə orqanları tərəfindən dövriyyədən çıxarılmış, barələrində məhvetmə qərarı qəbul olunmuş maddi sübutların tam həcmdə məhv edilməsi ilə əlaqədar 1446 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul olunmuş narkotik vasitələr aidiyyəti təşkilatların və media nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

Axar.az xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, ümumilikdə 5 ton 155 kiloqram müxtəlif növ narkotik vasitə (526 kiloqram heroin, 4 ton 135 kiloqram marixuana, 109 kiloqram tiryək, 164 kiloqram həşiş, 1 kiloqram kokain, 220 kiloqram), 140 min 620 həb və psixotrop maddə (137 min 455 ədəd həb, 3165 ədəd həb psixotrop maddə), eləcə də 13 min 367 çətənə bitkisi yandırılıb.

Məhv edilən narkotik vasitələrin qara bazarda qiyməti 147 milyon manat təşkil edir.

Tarix
2026.06.11 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla