Yuxarı

Ankaradan referendumla bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankaradan referendumla bağlı açıqlama

Səsvermə günü bəzi vətəndaşlar üçün "xüsusi servis avtobusları təşkil olunacaq", referendum məntəqəsinin sədri məlumat verib.

"Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı hazılanmış seçici siyahısının nəticələrinə əsasən, Türkiyənin paytaxtı Ankara və yaxın ərazilərdə 600-dən artıq Azərbaycan vətəndaşı yaşayır", səfirlikdə yaradılmış referendum məntəqəsinin sədri Rahilə Şükürova "BBC Azərbaycanca"ya deyib.

Rahilə Şükürova bu vəzifədə diplomatik korpusu deyil, Ankarada çalışan Azərbaycan vətəndaşlarının təmsilçilərindəndir. O, Qazi Universitetində rus dili və ədəbiyyatından dərs deyir.

Referendum komissiyasının sədri Rahilə Şükürova deyir ki, secici siyahısında səfirliyin xidmət dairəsinə aid digər şəhərlərdə də Azərbaycan vətəndaşlarının olmasına baxmayaraq, onlar seçkilər zamanı çox da aktiv olmurlar.

"Ən aktiv seçicilər əsasən, Ankarada yerləşən ali məktəb tələbələri, müəllimlər, polis və hərbi akademiyaların kursantları, dövlət qurumlarında və özəl sektorda çalışan vətəndaşlarımız olur", - Rahilə Şükürova əlavə edib.

Məntəqə sədrinin sözlərinə əsasən, tələbələrin referendum haqda ətraflı məlumat ala bilmələri üçün "onlar arasında iş aparılıb".

"Səfirliyin yaxınlığına ictimai nəqliyyat işləmədiyindən, səsvermə günü vətəndaşlarımızın Ankaranın mərkəzi Kızılay meydanından səfirliyə gəliş-dönüşlərini təmin edəcək xüsusi servis avtobusları təşkil olunacaq", referendum məntəqəsinin sədri məlumat verib.

Tarix
2016.09.24 / 21:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Bakıda QH-nin qərargahı yaradılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla