Yuxarı

Sıfır bal ən çox hansı fənlərdən toplanıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sıfır bal ən çox hansı fənlərdən toplanıb?

Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrə qeydə alınıb.

Axar.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Məlumatda qeyd olunub ki, bu fənlər üzrə nəticələrin aşağı olması və sıfır bal toplayanların sayının çoxluğu bəzi məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də ali məktəblərə hazırlıq prosesinə laqeyd yanaşmanın nəticəsidir. Bildirilib ki, vəziyyətin real səbəbləri araşdırılmalı və həmin fənlərin tədrisinin keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görülməlidir.

Hesabatda həmçinin vurğulanıb ki, II mərhələdə imtahan fənləri üzrə sıfır bal toplayanların əksəriyyəti Azərbaycan bölməsinin abituriyentləridir.

Rus bölməsi ilə müqayisədə Azərbaycan bölməsində I ixtisas qrupu üzrə kimya, informatika və fizika, II qrup üzrə riyaziyyat və coğrafiya, III qrup üzrə tədris dili, ədəbiyyat və coğrafiya, IV qrup üzrə isə kimya və biologiya fənlərindən sıfır bal toplayanların sayı daha çox olub.

Tarix
2026.06.19 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla