Yuxarı

Əsgəran–Xocalı–Xankəndi yolu ilə bağlı rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsgəran–Xocalı–Xankəndi yolu ilə bağlı rəsmi açıqlama

Xankəndi, Şuşa və Laçın şəhərlərinə səfər edənlərin daha qısa, rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin edəcək Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi uğurla davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində inşa olunan, uzunluğu 14,1 kilometr olan Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu I texniki dərəcəyə uyğun tikilir. Yolun torpaq yatağının eni ərazidən asılı olaraq 26,5 metrədək dəyişir.

Layihə üzrə torpaq işləri tam yekunlaşdırılıb, yeni yol yatağı inşa edilib. Hazırda yol geyiminin əsasının və asfalt-beton örtüyünün laylarının tikintisi davam etdirilir.

Eyni zamanda, yolboyu nəzərdə tutulan 3 körpünün, 9 düzbucaqlı və 38 dairəvi suötürücünün, 23 ehtiyat keçidinin tikintisi, eləcə də 14 avtobus dayanacağının quraşdırılması işləri artıq tamamlanıb.

Hazırda layihə üzrə ümumi icra faizi 86% təşkil edir.

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun istifadəyə verilməsi bölgədə nəqliyyat əlaqələrinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, həmçinin kənd təsərrüfatı və turizm potensialının inkişafına mühüm töhfə verəcək.

Tarix
2026.07.02 / 10:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla