Yuxarı

Tiflisdə öldürülən Fatimə ilə bağlı – Yeni detallar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə öldürülən Fatimə ilə bağlı – Yeni detallar

Tiflisdə baş vermiş ağır qətl hadisəsinin yeni təfərrüatı məlum olub.

Axar.az Unikal.az-a istinadla xəbər verir ki, bu il iyunun 26-da kirayə mənzildə qətlə yetirilən Azərbaycan vətəndaşı 21 yaşlı qız Fatimə Kərimovadır.

Məlumata görə, xalası oğlu 21 yaşlı qızı iki həftə ərzində kilidli saxlayıb, vəhşicəsinə döyüb, daha sonra isə boğaraq öldürüb.

Bildirilib ki, azərbaycanlı qız Tiflisə sevgilisi ilə birlikdə gəlib, lakin cütlüyün pulu bitdikdən sonra oğlan qızı küçədə qoyaraq özü Azərbaycana qayıdıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, Fatimə Kərimovaya ilkin olaraq Gürcüstan vətəndaşı sığınacaq verib, bir neçə gündən sonra isə xalası oğlu gələrək, ona mənzil kirayələyəcəyini deyib. Lakin sonradan məlum olub ki, onun niyyəti kömək etmək deyil, qızı qətlə yetirmək olub.

Qətlə yetirilən qızın yaxınları sosial şəbəkədə yazırlar ki, 21 yaşlı qız yetim idi və geridə yalnız 19 yaşlı bacısı qalıb.

Qeyd edək ki, gənc qızın qətli barədə ilkin məlumatı sosial şəbəkədə "Sapari" təşkilatının rəhbəri Baia Pataraia yayıb.

Tarix
2026.07.02 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla