Yuxarı

“Azercell”dən “Üçüncü Bahar” üzvləri üçün inkişaf proqramı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell”dən “Üçüncü Bahar” üzvləri üçün inkişaf proqramı

“Azercell Telekom” MMC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin müxtəlif qruplarının inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir. Bu dəfə şirkət “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri və əməkdaşları üçün xüsusi təlim proqramı təşkil edib.

Layihənin əsas məqsədi ahıl insanların sosial fəallığının artırılması, dəyişən dövrün tələblərinə uyğun bilik və bacarıqlar əldə etmələrinin təşviqi olub. Təşəbbüs eyni zamanda onların gündəlik həyat və ictimai fəaliyyətlərində istifadə edə biləcəkləri praktiki bacarıqların inkişafına dəstək göstərib.

“Azercell” Akademiyasının peşəkar təlimçiləri tərəfindən keçirilən sessiyalar effektiv ünsiyyət və informasiya təhlükəsizliyi mövzularını əhatə edib. İnteraktiv formatda təşkil olunan təlimlər iştirakçılara həm nəzəri biliklər qazanmağa, həm də praktiki bacarıqlarını inkişaf etdirməyə imkan yaradıb.

Eyni zamanda, “Üçüncü Bahar” İB-nin əməkdaşlarının peşəkar bacarıqlarının inkişafı məqsədilə onlar üçün emosional intellekt və biznes etiketi mövzularında sessiyalar keçirilib.

Qeyd edək ki, “Üçüncü Bahar” İctimai Birliyi ahıl insanların aktiv və sağlam həyat tərzinin təşviqi, sosial inteqrasiyasının gücləndirilməsi, eləcə də onların bilik və bacarıqlarının inkişafına yönəlmiş fəaliyyət həyata keçirən qeyri-hökumət təşkilatıdır

“Azercell” cəmiyyətin müxtəlif yaş və sosial qruplarının inkişafına yönəlmiş layihələr vasitəsilə inklüziv inkişafın təşviqinə və insanların müasir dövrün çağırışlarına uyğun bacarıqlar əldə etməsinə töhfə verməyə davam edəcək.

Tarix
2026.07.02 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla