Yuxarı

AZAL və “Uzum Bank”dan birgə yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL və “Uzum Bank”dan birgə yenilik

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları “Uzum Bank” ilə birlikdə Özbəkistandan olan sərnişinlər üçün onlayn ödəniş imkanlarını genişləndirib. Belə ki, artıq aviaşirkətin rəsmi internet səhifəsində aviabiletləri “Uzum Bank”ın təhlükəsiz ödəniş infrastrukturu vasitəsilə “HUMO” və “Uzcard” milli ödəniş kartları ilə əldə etmək mümkündür.

Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, yeni həll Azərbaycan və Özbəkistan arasında, eləcə də aviaşirkətin marşrut şəbəkəsinə daxil olan digər istiqamətlər üzrə səyahət edən sərnişinlər üçün aviaşirkətin rəqəmsal xidmətlərinin rahatlığı və əlçatanlığının inkişafına yönəlib.

Özbəkistan Azərbaycan Hava Yolları üçün Mərkəzi Asiyanın ən dinamik inkişaf edən bazarlarından biri olaraq qalır. Hazırda aviaşirkət Bakı ilə Daşkənd arasında həftədə 7 reys, Bakı ilə Səmərqənd arasında isə ötən ilin aprel ayından etibarən həftədə 2 reys həyata keçirir.Bu da iki ölkə arasında sərnişin axınının davamlı artımına töhfə verir. Son altı ay ərzində Bakı – Daşkənd – Bakı və Bakı – Səmərqənd – Bakı marşrutları üzrə sərnişinlərin sayı müvafiq olaraq 58% və 174% artıb ki, bu da Azərbaycan və Özbəkistan arasında işgüzar, turizm və mədəni səfərlərə marağın yüksəldiyini göstərir.

“Biz marşrut seçimindən bilet alışınadək səyahətin hər mərhələsini sərnişinlərimiz üçün mümkün qədər rahat etməyə çalışırıq. Özbəkistandan olan sərnişinlər üçün ödəniş imkanlarının genişləndirilməsi rəqəmsal xidmətlərimizin inkişafı və müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımdır. Müasir maliyyə texnologiyalarının inteqrasiyası əməliyyatların yüksək təhlükəsizliyini təmin etməklə yanaşı, bronlaşdırma prosesini istifadəçilər üçün daha rahat edir”, – deyə Azərbaycan Hava Yollarının kommersiya üzrə baş direktoru (CCO) Cəmil Mənizadə bildirib.

“İki ölkənin sakinləri arasında qarşılıqlı marağın davamlı artdığını müşahidə edirik. Hazırda Bakı ilə Daşkənd arasında Azərbaycan Hava Yolları tərəfindən həftədə 7-yə qədər müntəzəm reys həyata keçirilir, hər iki ölkədə beynəlxalq sərnişin axını isə hər il artmaqda davam edir. “Fintech” platforması olaraq bizim vəzifəmiz bu artan mobilliyi rahat rəqəmsal və maliyyə alətləri ilə dəstəkləməkdir”, – deyə “Uzum FinTech”in baş icraçı direktoru Roman Lavrentyev qeyd edib.

Azərbaycanın milli aviadaşıyıcısı sərnişinlərə səyahətlərin planlaşdırılması və aviabiletlərin alınması üçün müasir, təhlükəsiz və rahat həllər təqdim etməklə rəqəmsal xidmətlərini ardıcıl şəkildə inkişaf etdirməyə davam edir.

Tarix
2026.07.09 / 09:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla