Yuxarı

Çobanı döyüb, 4 qoyun apardılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çobanı döyüb, 4 qoyun apardılar

Azərbaycanda yeniyetmə çoban quldurların hücumuna məruz qalıb.

Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu Müşfiqabad qəsəbəsi, Sevil massivində qeydə alınıb.

Orada yerləşən otlaq sahəsində çoban kimi fəaliyyət göstərən 1999-cu il təvəllüdlü Bərdə rayon sakini Hüseynov Cəmaləddin Əlipənah oğlu tanımadığı şəxslərin hücumuna məruz qalıb. Belə ki, 4 nəfər gələrək C.Hüseynovdan onlara otardığı quzulardan birini verməyi tələb edib. C.Hüseynov buna etiraz edən zaman, naməlum şəxslər çobanın əl-qolunu bağlayaraq onu döyməyə başlayıblar. Bundan sonra sürüdən 4 baş qoyun götürərək ərazini tərk ediblər.

Zərərçəkən C. Hüseynovun ifadəsinə görə, naməlum şəxslər qoyunları VAZ-2106 və VAZ-2107 markalı avtomobilə aparıblar. Lakin qaranlıq olduğundan və döyüldüyündən C. Hüseynov avtomobillərin dövlət qeydiyyat nişanını görə bilməyib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Tarix
2016.10.06 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla