Yuxarı

132 manata görə adam bıçaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
132 manata görə adam bıçaqladı

Bakıda daş karxanasının gözətçisi quldur basqınına məruz qalıb.

Report-un məlumatına görə, hadisə Qaradağ rayonu Güzdək qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.

Naməlum şəxs orada gözətçi işləyən Cəlilabad rayon sakini Namiq Məmmədovun əvvəlcə ayaq nahiyəsinə, daha sonra boğazına bıçaqla zərbə vurub. Bundan sonra o, N.Məmmədovun 132 manat pulunu aparıb.

N.Məmmədov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları quldurluqda şübhəli bilinən şəxsin kimliyini məlum edə bilib. Məlum olub ki, bu, əvvələr quldurluq əməlinə görə məhkum olunmuş Yaşar Şəfiyevdir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun tutulması istiqamətində araşdırma aparır.

Tarix
2016.10.07 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla