Yuxarı

Rüstəmxanlı: “Bu, çox böyük sərvətdir” - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəmxanlı: “Bu, çox böyük sərvətdir” - Foto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ili münasibəti ilə konfrans keçirilib.

Axar.az xəbər verir ki, konfrans Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan Dil Qurumunun (ADQ) təşkilatçılığı ilə baş tutub.

Konfransı giriş sözü ilə açan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ziyalıları, millət vəkillərini, media nümayəndələrini salamlayaraq, dövlət müstəqilliyinin bərpasının 25-ci ilini qeyd etməkdən məmnun olduğunu deyib:

"Bu gün burada olan insanlardan bəziləri müstəqilliyimizin bərpasında əvəzsiz rol oynayıb. Məhz onların iştirakı ilə konfrans daha da əlamətdar hal alıb. Biz bu cür tədbirlərlə müstəqilliyimizi, tariximizi dünya ölkələrində də təbliğ etməliyik. Bir müddət sonra bizim Türkiyədə elmi tədbirimiz olacaq".

Daha sonra söz alan millət vəkili Qüdrət Həsənquliyev müstəqilliyin bərpasına gedən yolda ovaxtkı tələbələrin, gənclərin rolunu qeyd edib:

"O vaxt biz tələbə olanda xəbər gəldi ki, Qarabağ əldən gedir. Əvvəlcə bizim – BDU-nun tələbələri küçələrə axışdı. Sonra digər universitetlərin tələbələri bizə qoşuldu. Ümumiyyətlə, müstəqilliyi çox böyük əziyyətlə qazanmışıq. Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin bu yolda böyük xidmətləri olub".

Xalq şairi Sabir Rüstəmxanlı çıxışına torpaqlarımızın müstəqilliyi uğrunda şəhid olmuş insanları yad etməklə başlayıb:

"Mən Qarabağ savaşında, müstəqillik yolunda həyatını itirmiş qardaşlarımızı yad etmək istəyirəm. Onlar da bu gün bizimlə bu müstəqil ölkədə yaşamalı idilər. Ancaq hərənin bir taleyi var, onlar bu gün həyatda olmasalar da, daim qəlbimizdə yaşayırlar. Allah onlara rəhmət eləsin. Müstəqillik həqiqətən də çox böyük sərvətdir və bu sərvəti qorumaq bizim borcumuzdur".

Tədbirdə millət vəkilləri Fəzail İbrahimli, Fazil Mustafa, görkəmli alim Firudin Ağasıoğlu və s. çıxış ediblər.

Tarix
2016.10.07 / 16:38
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla