Yuxarı

Sərhədi pozan 39 nəfər saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti tərəfindən bu ilin fevral ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 20 halda 39 nəfər saxlanılılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, onların 11 nəfəri Suriya, 7 nəfəri Azərbaycan Respublikası, 7 nəfəri Nigeriya, 6 nəfəri Özbəkistan, 4 nəfəri İran, 2 nəfəri Moldova, 1 nəfəri Gürcüstan və 1 nəfəri Türkiyə vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən Xəzər dənizində 14 halda 17 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 183 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 37 kiloqram 299 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 599 min manatdan çox olan qaçaqmal, o cümlədən 3 ədəd pnevmatik tapança və pnevmatik tapança üçün 475 ədəd patron, 1 ədəd qaz tapançası və qaz tapançası üçün 2 ədəd qaz balonu, 1 ədəd gecəgörmə cihazı, 140 ədəd mobil telefon, 2593 qutu siqaret, 5478 ədəd pirotexniki vasitə, müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və ərzaq malları saxlanılıb ( Trend ).

Tarix
2014.03.10 / 10:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla