Yuxarı

Zakir Fərəcov vətəndaşlarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Fərəcov vətəndaşlarla görüşdü

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərinin müraciətlərinin yerində öyrənilməsi, onları narahat edən məsələlərin operativ şəkildə araşdırılması və vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunması məqsədilə növbəti səyyar qəbul keçirib.

Axar.az xəbər verir ki, növbəti səyyar qəbul şəhərin 2-ci mikrorayon ərazisində təşkil olunub.

Görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Qəbul zamanı sakinlər tərəfindən müxtəlif məsələlərlə bağlı müraciət və təkliflər səsləndirilib. Vətəndaşların müraciətləri əsasən şəhər təsərrüfatı, kommunal xidmətlər, sosial təminat, məşğulluq və digər sosial məsələlərlə bağlı olub.

Zakir Fərəcov müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Həlli yerində və qısa müddətdə mümkün olan məsələlərin operativ şəkildə aradan qaldırılması, əlavə araşdırma və ya digər dövlət qurumlarının səlahiyyətinə aid olan müraciətlərin isə qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi tapşırılıb.

Qeyd olunub ki, vətəndaşlarla səyyar görüşlərin keçirilməsi şəhərin müxtəlif yaşayış məntəqələrində mövcud vəziyyətin daha yaxından öyrənilməsi, sakinlərin rəy və təkliflərinin nəzərə alınması, problemlərin yerində müəyyənləşdirilməsi və onların həlli istiqamətində çevik tədbirlərin görülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tarix
2026.08.21 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla