Yuxarı

Yeni sistem: Sərhədi 20 saniyəyə keçmək olacaq!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni sistem: Sərhədi 20 saniyəyə keçmək olacaq!

Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd nəzarətinin müasir texnologiyalar əsasında həyata keçirilməsi, sərnişinlərin rahatlığının təmin olunması və sərhədkeçmə prosedurlarının operativliyinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, bu çərçivədə Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” (avtomatlaşdırılmış pasport nəzarəti və biometrik identifikasiya sistemi) istifadəyə verilib.

"Müasir texnoloji həllər əsasında fəaliyyət göstərən innovativ sistem Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşlarının sərhəd nəzarətindən daha sürətli və rahat şəkildə keçməsinə imkan yaradır.

Elektron qapı vasitəsilə sərhəd nəzarəti prosesi əsas mərhələlər üzrə avtomatlaşdırılmış qaydada həyata keçirilir. Sərnişin şəxsiyyət sənədini müvafiq oxutma qurğusuna təqdim etdikdən sonra sənəddəki məlumatlar sistem tərəfindən avtomatik oxunur, aidiyyəti informasiya sistemləri üzrə zəruri yoxlamalar aparılır və biometrik məlumatlar əsasında şəxsin eyniləşdirilməsi həyata keçirilir.

Bütün məlumatların uyğunluğu təsdiq edildikdə elektron qapı avtomatik açılır və sərnişinin sərhəd nəzarətindən keçidi tamamlanır. Sözügedən proses elektron qapı vasitəsilə təxminən 20 saniyə ərzində həyata keçirilir.

Sistemin tətbiqi sərhəd nəzarətinin əsas mərhələlərinin avtomatlaşdırılmasına, sərnişinlərin sərhədkeçmə məntəqələrində gözləmə müddətinin azaldılmasına, nəzarət prosedurlarının çevikliyinin və səmərəliliyinin yüksəldilməsinə, eləcə də insan amilinin minimuma endirilməsinə şərait yaradır.

“Elektron qapı sərhəd nəzarəti sistemi” ilkin mərhələdə Heydər Əliyev Beynəlxalq Hava Limanının ölkəyə gəlmə zalında istifadəyə verilib.

Növbəti mərhələdə sistemin digər dövlət sərhədindən buraxılış məntəqələrində də tətbiqi nəzərdə tutulur. Hazırda sistemin imkanlarının genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

Yeni texnologiyanın tətbiqində əsas məqsəd yalnız sərnişinlərin sərhəd nəzarətindən daha sürətli keçirilməsini təmin etmək deyil, eyni zamanda sərnişin məmnuniyyətinin artırılması, sərhəd nəzarətində rəqəmsal texnologiyaların tətbiq dairəsinin genişləndirilməsi və müasir tələblərə cavab verən effektiv nəzarət mexanizmlərinin formalaşdırılmasıdır.

Bu sistemin tətbiqi Azərbaycanın beynəlxalq hava limanlarında rəqəmsal və innovativ sərhəd nəzarəti infrastrukturunun inkişaf etdirilməsi, qabaqcıl texnologiyaların sərhəd mühafizəsi və sərhəd nəzarəti sahəsinə inteqrasiyası istiqamətində atılan mühüm addımlardan biridir.

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin müasir standartlara uyğun təşkili, innovativ texnologiyaların tətbiqi və sərnişinlər üçün daha çevik və rahat xidmət imkanlarının yaradılması istiqamətində fəaliyyət davam etdirilir", - məlumatda qeyd olunub.

Tarix
2026.08.28 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla