Yuxarı

Cənub rayonlarını su basdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənub rayonlarını su basdı

Lənkəran-Astara bölgəsinin bir çox yaşayış məntəqələrində subasma təhlükəsi davam edir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, Lənkəran-Astara bölgəsində daha çox Lənkəranın, qismən də Masallı və Astara rayonlarının düzənlik hissəsində subasmalar yaranıb: "Subasmaları daha çox kiçik çaylardan gələn sular yaradıb. Həmin çayların dərələri dolduğundan və təmizlənmədiyindən sular öz məcralarından kənara çıxıblar. Nəticədə həm Lənkəran şəhərinin özündə subasma yaranıb, həm də Lənkəran, Astara rayonlarının bir çox kəndlərini su basıb".

Həmin zonada subasmanın dünəndən müşahidə edildiyini deyən E.Əlizadə təhlükənin qalmaqda davam etdiyini də söyləyib.

E.Əlizadə bildirib ki, hazırda Quba-Qusarın düzənlik ərazilərində də subasma başlayıb. Bu zonada həmin problem hazırda qismən müşahidə edilir: "Quba-Qusar bölgəsində bu təhlükə hələ kiçik mqiyaslıdır, amma Lənkəranda artıq kəndlərin bir neçəsi suyun altındadır. Subasma Lənkəran-Astara zonasının bir neçə kəndində baş verib".

Direktor müavininin sözlərinə görə, yağışlı hava şəraitinin bir neçə gün davam edəcəyinin proqnozlaşdırılması ilə əlaqədar subasma təhlükəsi həm Lənkəran-Astara zonasında, həm də Quba-Xaçmazın dağətəyi və düzənlik kəndlərində gözlənilir.

Tarix
2016.10.14 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla