Yuxarı

Bu qaydalara əməl etməyənlər cərimələnəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qaydalara əməl etməyənlər cərimələnəcək

Azərbaycanda şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobuslarda sərnişinlərin avtobusa ödəniş etməməsinə və sürücülərin sərnişinləri ödənişsiz daşıdığına görə cərimələnməsi qaydası dəyişir.

APA xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik layihəsi ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Dəyişiklik layihəsinə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat cərimə ediləcək. Bundan başqa, müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına görə sürücüyə 20 manat cərimə tətbiq ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, yuxarıda qeyd olunan cərimə biletsiz getməyə və ya biletsiz aparılmaya görə tətbiq edilir. Dəyişikliyə əsasən, "biletsiz" və "sərnişinin biletsiz" sözləri "müvafiq qaydada ödəniş etmədən" və "müvafiq qaydada ödəniş edilmədən sərnişinin" sözləri ilə dəyişdirilir.

Layihə səsə qoyularaq qəbul edilib.

Tarix
2016.10.14 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla