Yuxarı

Bank sabah da kompensasiya verəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bank sabah da kompensasiya verəcək

"Bank Standard" əmanətçilərə kompensasiyaların ödənilməsini sabah da davam etdirəcək.

Axar.az xəbər verir ki, lisenziyası ləğv edilmiş "Bank Standard" Kommersiya Bankında qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi davam edir və artıq 3000-dən çox əmanətçiyə 100 milyon manata yaxın ödəniş edilib.

"Bank Standard" KB-nin əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq kompensasiyaların verilməsi prosesi şənbə günü – oktyabrın 15-də saat 10:00-dan 15:00-a kimi davam edəcək.

Qorunan əmanətlər öz valyutasında ödənilir. Bir əmanətçinin bir neçə valyutada əmanəti olduqda yəni həm milli, həm də xarici valyutalarda əmanəti olduqda isə kompensasiyalar "Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq toplanılır və sığorta hadisəsi baş verən günü (04 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq olaraq manatda ödənilir.

Kompensasiyaların ödənişi "Bank Standard" KB-nin baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçirilir.

Tarix
2016.10.14 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla