Yuxarı

Yeddi nəfərin 80 min manatını mənimsədi, həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeddi nəfərin 80 min manatını mənimsədi, həbs olundu

Yeddi nəfərə qarşı 80 min manatdan çox dələduzluq edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Qabil Seyidov müxtəlif şəxsləri ayrı-ayrı məsələləri həll edəcəyinə inandıraraq onların pullarını ələ keçirməkdə ittiham olunub.

Belə ki, o, bir tanışının həyat yoldaşını Sumqayıt şəhərindəki uşaq incəsənət məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyini vəd edərək ondan ümumilikdə 31 min manat alıb.

Digər bir şəxsə Sumqayıtda yerləşən şəhərcikdən ev veriləcəyini vəd edərək 26 min manat pul alıb.

Qabil Seyidov başqa şəxsə məhkəmədə baxılan cinayət işi üzrə həbslə bağlı olmayan cəza təyin etdirəcəyini vəd edərək ondan 15 min manat, digər zərəçəkənin qohumunu isə müəyyən cinayət işi üzrə həbsdən azad etdirəcəyini vəd edərək 1 500 manat pul alıb.

Bundan başqa, o, bir şəxsin keçmiş həyat yoldaşının evdən çıxarılmasına kömək edəcəyi, başqa şəxsin keçmiş arvadını valideynlik hüququndan məhrum etdirərək uşaqlarının əlindən alınacağı barədə də vədlər verib.

Qabil Seyidov zərərçəkənlərin şikayətləri əsasında saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Sumqayıt Apellyasiya Məhkəməsi təqsirləndirilənin iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın ödənilməsini və digər yüngülləşdirici halları nəzərə alaraq onun şikayətini qismən təmin edib. Q.Seyidovun cəzası 6 ay azaldılıb. Həbsdə saxlanıldığı müddət nəzərə alındıqdan sonra onun üzərində qəti olaraq 3 il 3 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Tarix
2026.09.04 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla