Yuxarı

ADNSU mötəbər seminara ev sahibliyi edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADNSU mötəbər seminara ev sahibliyi edəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının toplantısında iştirak edir.

Axar.az xəbər verir ki, tədbirin keçirilməsinin əsas məqsədi quruma üzv olan universitetlər arasında əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması, təhsil sahəsində innovasiyalar üzrə fikir mübadiləsinin aparılmasıdır.

Toplantıda Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının regional seminarının 2018-ci ildə ADNSU-nun ev sahibliyi ilə Bakıda keçirilməsi haqqında qərar qəbul edilib.

Tədbir oktyabrın 16-da başa çatacaq.

Xatırladaq ki, professor M.Babanlı bu il Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının üzvü seçilib.

Tarix
2016.10.15 / 21:02
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla