Yuxarı

Ziya Məmmədovdan marşurut sahiblərinə sərt xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ziya Məmmədovdan marşurut sahiblərinə sərt xəbərdarlıq

Bakı şəhərinin ictimai nəqliyyatında avtobusların hərəkət sürətinə nəzarət sistemi tətbiq oluna bilər.

Bu barədə nəqliyyat naziri Ziya Məmmədov məlumat verib. İctimai nəqliyyatın tam şəkildə özəl sektora məxsus sahə olduğunu deyən nəqliyyat naziri bildirib ki, avtobus sürücülərinin mədəniyyət problemi ən ağrılı məsələlərdəndir. Bu sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər, yəni şirkət rəhbərləri avtobus sürücülərinin sərnişinlərə mədəni şəkildə xidmət göstərməsinə məsuliyyət daşıyırlar. Nəqliyyat Nazirliyi bununla bağlı dəfələrlə xəbərdarlıq edib, müvafiq tövsiyələr verib.

Nazir qeyd edib ki, hər sürücüyə fərdi nəzarətçi təyin etmək mümkün deyil: "Hər bir kəs normativlərə, cədvəllərə əməl etməlidir. Biz sərnişinlərin təhlükəsiz daşınması ilə bağlı işlər aparırıq və avtobuslarda sürət həddinin müəyyən edilməsi də bu tədbirlər sırasındadır. Hazırda sınaq aparılır, əgər nəticələri uğurlu olarsa, paytaxtın ictimai nəqliyyatında bütün avtobuslarda bu qayda tətbiq olunacaq" (AzərTAc).

Tarix
2014.03.11 / 11:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla