Yuxarı

Bakıda bu yol bir həftə sonra yenidən qazıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu yol bir həftə sonra yenidən qazıldı - Video

Qaradağ rayonu Lökbatan qəsəbəsində 139 nömrəli məktəbin qarşısındakı yol yenidən qazılıb.

Axar.az xəbər verir ki, bu barədə qəsəbə sakinləri sosial mediada paylaşım ediblər.

“Ərazidəki problem daha əvvəl işıqlandırıldıqdan sonra həll edilsə də, təxminən bir həftə sonra yol yenidən qazılıb. Tədris ilinin başlamasına az vaxt qaldığı üçün ərazidə yaranmış vəziyyət narahatlıq doğurur”, - sakinlər bildirib.

Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatı Xidmətindən saytımıza bildirilib ki, bir neçə müddət öncə sözügedən ünvandan keçən tullantı su xəttində qəza baş verib.

“Bu səbəblə xətdə təmir işləri görülüb. Lakin sonradan xəttin digər bir hissəsində qəzanın baş verməsi ərazidə yenidən əsaslı təmir işlərinin aparılmasını zəruri edib. Xəttin qəzalı hissəsinin yeni boru ilə əvəz olunması istiqamətində işlərə başlanılacaq. Yaxın günlərdə məsələ tam öz həllini tapacaq”, - açıqlamada qeyd olunub.

Tarix
2026.09.08 / 16:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla