Yuxarı

Xaricdə iş vədi ilə dələduzluq edən şəxslə bağlı rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaricdə iş vədi ilə dələduzluq edən şəxslə bağlı rəsmi açıqlama

Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldatmaqda ittiham olunur.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Tural Bəhəddin oğlu Abbasovun qanunsuz əməllərinə dair cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

İbtidai istintaqla Tural Abbasovun özünü “Mannhaim Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edərək xarici ölkələrdə işlə təmin edəcəyi və digər yalan vədlərlə çoxsaylı şəxsləri aldatmaqla onların müxtəlif məbləğlərdə pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə və rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tural Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın qismən ödənilməsi təmin olunaraq, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2026.09.08 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla