Yuxarı

Leysan İsmayıllıda fəsadlar törətdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leysan İsmayıllıda fəsadlar törətdi

Oktyabrın 16-17–də İsmayıllı rayonu ərazisinə yağan güclü leysan yağışları ciddi fəsadlar törədib.

APA-nın xəbərinə görə, intensiv yağan yağışlar rayon ərazisindən keçən Sulut, Mücü, Cəfələ çaylarında suyun səviyyəsini həddindən çox artırıb, nəticədə bir sıra kənd yolları dağılıb.

Yolların dağılması və torpaq sürüşməsi səbəbindən rayonun İstisu, Əhən, Qoydan, Həftəsov kəndləri də daxil olmaqla, 10-dan çox yaşayış məntəqəsində yollar dağılıb, avtomobillərin hərəkəti çətinləşib. İstisu kəndində evlərdən 100 metr aralı ərazidə dağın yamacında ümumilikdə 5 hektar ərazidə torpaq sürüşməsi baş verib. Hazırda dağlıq ərazidən böyük torpaq kütləsi tədricən sürüşərək həmin ərazidə olan fərdi yaşayış evlərinə doğru hərəkət edir.

Ərazidə leysan yağışları davam etdiyi üçün torpaq sürüşməsi getdikcə böyük ərazini əhatə edir. Qalacıq çayına gələn sel çayın kənarlarının yuyulmasına səbəb olub, nəticədə təhlükəli vəziyyət yaranıb, torpaq sürüşməsi baş verib. Hazırda leysan yağışlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Əraziyə İsmayıllı rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası tərəfindən baxış keçirilib və aidiyyatı orqanlar sürüşmə barədə məlumatlandırılıb.

Tarix
2016.10.18 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında...

Azərbaycanın MDB-yə sədrlik etməsi tarixi məqamdır

Bayramov, Arakçı və Lavrov ayaqüstü söhbət etdi - Video

İranlı din xadimi Azərbaycanla bağlı açıqlamasına görə üzr istədi

MDB-yə sədrlik Azərbaycana keçir - Prezidentən açıqlama

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında... - Foto

Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan

Türkmənistanla münasibətlərin inkişafı... - Deputat

Prezident Laçına görə MDB-yə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla