Yuxarı

Dostunun ölümündən yazdı, iki gün sonra...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dostunun ölümündən yazdı, iki gün sonra...

İki gün əvvəl Bakı şəhərinin Nərimanov rayonunda özünü asaraq intihar edən şəxslə bağlı bəzi məlumatlar üzə çıxıb.

Lent.az-ın məlumatına görə, yaşadığı evdə intihar edən 35 yaşlı Muğanlınski Teymur Fərrux oğlu informasiya texnologiyaları sahəsində mütəxəssis olub. Son vaxtlar işləməyən və tez-tez spirtli içki qəbul edən T.Muğanlınski oktyabrın 14-də feysbuk səhifəsində dostu Fariz Abbasovun yol qəzasında vəfat etməsi ilə bağlı status paylaşıb.

Həmin hadisədən 1 gün əvvəl isə o, evliliyinin 15-ci ildönümünü qeyd edib. Dostları bildiriblər ki, T.Muğanlınski çox şən, yeyib-içməyi sevən insan olub. Son vaxtlar baş verən hadisələr isə onun özünə qapanmasına səbəb olub və nəticədə intihar edib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2016.10.18 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla