Yuxarı

Bakıda iş saatları dəyişdirilir - Yalnız bu halda...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda iş saatları dəyişdirilir - Yalnız bu halda...

İş vaxtının fərqli rejimlərdə təşkil olunması şəhər nəqliyyatında pik saatlarda avtomobil yükünü, eləcə də insan axınını azaltmaq baxımından faydalı addım ola bilər. Çünki hazırda insanların böyük əksəriyyətinin eyni saatlarda işə gedib-gəlməsi, yollara çıxması səhər və axşam saatlarında ciddi sıxlıq yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bəzi qurumlarda iş vaxtının 3 rejimdə təşkil ediləcəyi haqda məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, işçilərin bir hissəsi üç fərqli vaxtda, məsələn, 8-də, 9-da və 9:30-da işə gələrsə, bu zaman nəqliyyat axını müəyyən qədər paylana bilər:

“Bu da pik saatlarda həm avtomobillərin, həm ictimai nəqliyyatın, xüsusilə avtobusların, həm də taksilərin yükünü azaldar. Ancaq burada əsas şərt odur ki, bu rejim real vəziyyətdə tətbiq olunsun”.

Ekspert hesab edir ki, eyni zamanda məktəblərin, universitetlərin, dövlət qurumlarının, biznes və özəl qurumların iş saatlarının da mərhələli şəkildə uyğunlaşdırılması lazımdır:

“Təkcə bir neçə qurumda tətbiq olunması və fərqli qrafiklərin müəyyənləşdirilməsi Bakı kimi əhalisi çox olan böyük bir şəhərdə sıxlığı aradan qaldırmayacaq. Bu iş düzgün təşkil olunarsa, ümumi nəqliyyat yükünün idarə edilməsinə müsbət təsir göstərə bilər”.

Tarix
2026.09.18 / 13:37
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla