Yuxarı

Müstəqillik günümüz Batumidə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müstəqillik günümüz Batumidə - Foto

Azərbaycanın Batumidəki Baş Konsulluğu 18 oktyabr - Müstəqillik Günü münasibətilə tədbir keçirib.

Konsulluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Avtandil Beridze, Batumi şəhərinin meri Qiorqi Ermakov, Kənd Təsərrüfatı naziri Laşa Komaxidze, Təhsil, Mədəniyyət və İdman naziri Qiya Tavamaishvili, Türkiyənin Baş konsulu Yasin Temizkan və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Baş konsul Rəşad İsmayılov 18 oktyabr Müstəqilliyin Bərpası Gününün müasir Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu deyib. Onun sözlərinə görə, 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev yenidən müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycanı sözün həqiqi mənasında xilas edib:

"Sevindirici haldır ki, Ümummilli Liderin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır", - Baş konsul qeyd edib.

Tədbir ziyafət və klassik musiqi proqramı ilə davam edib.

Tarix
2016.10.19 / 15:21
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla