Yuxarı

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən aparılan monitorinq zamanı “.az” domen zonasında bir-birinə oxşar xüsusiyyətlərə malik çoxsaylı veb-sayt “defacement” (veb-saytın icazəsiz dəyişdirilməsi) hadisələri müəyyən edilib.

Agentlikdən Axar.az-a bildirilib ki, araşdırma zamanı eyni gündə  22 “.az” domeninin “Xscyth3” adlı kiberdələduz tərəfindən “deface” olunduğu müşahidə edilib.

Hədəfə alınan domenlərin böyük hissəsi turizm, tur operatorluğu, transfer, fərdi və qrup turları, eləcə də Bakı və Azərbaycanda səyahət xidmətləri ilə bağlı olub. Hadisələrin eyni vaxtda və oxşar xarakter daşıması onların bir-birindən müstəqil insidentlərdən daha çox ortaq texniki və ya inzibati infrastrukturla əlaqəli ola biləcəyini göstərir. MKA tərəfindən aparılan texniki yoxlama zamanı domenlərin bir hissəsində ortaq qeydiyyat məlumatlarının istifadə edildiyi müəyyən olunub. Belə ki, bəzi domenlər üzrə “[email protected]” elektron poçt ünvanı və “Azerbaijan Travel International” təşkilat adı müşahidə edilib. Bundan əlavə, 19 domenin "AS47583 / AS-HOSTINGER" şəbəkəsində yerləşdiyi, həmin domenlərdə eyni “ns1.dns-parking.com” və “ns2.dns-parking.com” serverlərinin, eləcə də “hcdn” server göstəricisinin istifadə olunduğu müəyyən edilib. Qeyd olunan texniki göstəricilər hədəflənən domenlər arasında ortaq infrastruktur və ya idarəetmə əlaqələrinin ola biləcəyini göstərən indikatorlar kimi qiymətləndirilir.

Veb-saytda aşkar edilmiş “Web Defacement” halı ilə əlaqədar sistemdə mövcud ola biləcək zəifliklərin müəyyən edilməsi məqsədilə təhlükəsizlik auditi və insident araşdırmasının aparılması tövsiyə olunur. Saytın CMS, plagin və digər komponentlərinin aktual versiyalara yenilənməsi, inzibatçı hesablarının parollarının dəyişdirilməsi və çoxfaktorlu autentifikasiyanın (MFA) tətbiq edilməsi məqsədəuyğundur. Eyni zamanda, server və tətbiq loqlarının təhlil edilməsi, aşkar edilmiş zəifliklərin aradan qaldırılması və oxşar halların vaxtında müəyyən edilməsi üçün davamlı təhlükəsizlik monitorinqinin təşkili tövsiyə edilir.

Tarix
2026.09.23 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla