Yuxarı

Kənd təsərrüfatı məhsulları bahalaşdı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fevral ayında satılmış kənd təsərrüfatı məhsullarından çoxillik bitkilərin istehsalçı qiymətlərinin 4,7 faiz ucuzlaşmasına, birillik bitkilərin istehsalçı qiymətlərinin 0,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin isə 0,8 faiz bahalaşmasına baxmayaraq, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Dövlət Statistika Komitəsindən "Axar.az"a verilən məlumata görə, birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,1 faiz, kartofun 0,3 faiz, lobya dəninin 0,4 faiz, kələmin 1,1 faiz, qırmızı turpun 0,1 faiz, baş sarımsağın 0,6 faiz, göy soğanın 1,9 faiz, quru otun 0,4 faiz, yoncanın istehsalçı qiymətləri 1,9 bahalaşıb, baş soğanın istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 29,1 və 3,4 faiz ucuzlaşıb, heyvanın istehsalçı qiymətləri 1,3 faiz, şabalıdın 0,3 faiz, fındığın istehsalçı qiymətləri isə 4,6 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,0 faiz, qoyun ətinin (diri çəkidə) 0,8 faiz, camışın 0,6 faiz, südün 0,1 faiz, quş ətinin (diri çəkidə) 4,9 faiz, yumurtanın istehsalçı qiymətləri 0,3 bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində mal ətinin (diri çəkidə) 0,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb.

Meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 0,2 faiz bahalaşma müşahidə olunub.

Tarix
2014.03.12 / 00:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla