Yuxarı

Qüllədən özünü atmaq istəyən şəxslə bağlı - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qüllədən özünü atmaq istəyən şəxslə bağlı - Təfərrüat

19:31

Bakıda intihara cəhd olub.

Axar.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda bir nəfərin intihar etmək məqsədi ilə qülləyə çıxması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:27-də başa çatıb.

21:23

Musavat.com-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qüllədən özünü atmaq istəyən şəxs 1975-ci il təvəllüdlü Səfərov Namiq İzzəli oğludur.

Məlum olub ki, 41 yaşlı Namiq Səfərov bir müddət əvvəl Azərbaycana dərman preparatlarını qanunsuz yolla keçirmək istəyərkən saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb, Namiq Səfərovun ölkədən çıxışına qadağa qoyulub. O, intihara cəhd etməklə buna etirazını bildirib və xaricə səfər etməsinə imlan verilməsini tələb edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2016.10.21 / 21:23
Müəllif
Axar.az
Digər xəbərlər

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla