Yuxarı

Bakıdakı "xruşşovka"lar sökülə bilər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı "xruşşovka"lar sökülə bilər - Video

Rusiyada "xruşşovka" adlandırılan beşmərtəbəli panel binaların kütləvi şəkildə sökülməsinə başlanılıb. Moskvada sonuncu "xruşşovka" da söküldü. Görəsən bu məsələ paytaxt Bakı üçün də aktualdırmı?

Axar.az xəbər verir ki, əmlak eksperti Ramil Osmanlı Xəzər Xəbər-ə açıqlamasında başda "xruşşovka" layihəli binalar olmaqla, 1960-ci illərdən əvvələ dayanan "italiyan" və "Minsk", "Stalin" layihəli evlərin də sökülməli olduğunu bildirib. Ekspert bildirib ki, belə evlərin sökülməsi hökumətə böyük vəsait hesabına başa gələcəyindən, bu işdə tikinti şirkətlərinin maraqlı olmaları daha yaxşı olardı.

Ramil Osmanlı dövlətin infrastruktur xərclərini öz üzərinə götürəcəyi təqdirdə "xruşşov" layihəli binalardan tez bir zamanda azad olmağı mümkün sayıb.

Əmlak Eksperti Nüsrət İbrahimov isə belə evlərin sökülməsinə zərurət görmür.

"Bakıda hələ də 80-100 yaşı olan binalar qalır və onlar texniki, mühəndis tələblərinə cavab vermir. İlk növbədə, bu binalar və onların sakinləri üçün risklərin azaldılması barədə düşünmək lazımdır", - deyə mütəxəssis bildirib.

Tarix
2016.10.22 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla