Yuxarı

12 illik təhsilə keçilməyəcək - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti tədris ilindən Azərbaycanda 12 illik təhsilə keçid gözlənilmir.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, Təhsil naziri Mikayıl Cabbarov açıqlamasında bildirib ki, Azərbaycanda 12 illik təhsilə proses tam hazır olanda keçiləcək.

Onun sözlərinə görə, bununla əlaqədar hazırlıq işləri gedir və keçmişdə olan səhvlər öyrənilir: "12 illik təhsilə keçid xatirinə deyil, təhsil sisteminin keyfiyyətinin qaldırılması üçün keçiləcək. Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq. Dərsliklərin yeni kurrikuluma uyğun yazılması üçün 1 il, 2 il, 3 il təlimlər etməliyik. Bu gün mövcud problemləri yaşayırıq. Bu kimi çatışmazlıqları etməmək üçün hazır olan kimi 12 illik təhsilə keçəcəyik. Ona görə də növbəti tədris ilindən Azərbaycanda 12 illik təhsilə keçid gözlənilmir".

Tarix
2014.03.12 / 10:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla