Yuxarı

Bakıda veloyürüş keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda veloyürüş keçirildi - Foto

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü münasibətilə Bakıda veloyürüş keçirilib.

Axar.az xəbər verir ki, 200-dən çox peşəkar və həvəskar velosipedçinin iştirak etdiyi veloyürüş Dövlət Bayrağı Meydanından start götürüb, Heydər Əliyev Mərkəzinin binasının qarşısında başa çatıb.

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov jurnalistlərə müsahibəsində dövlət müstəqilliyimizin bərpa olunmasının 25 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini söyləyib. Veloyürüşün "Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır" adı altında keçirildiyini diqqətə çatdıran İctimai Birliyin sədri gənclərin belə tədbirlərdə fəallıq göstərməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, müstəqilliyimizin bərpa edilməsinin 25-ci ildönümü ilə əlaqədar idman, mədəniyyət sahələrində təşkil olunan tədbirlər həm də gənclərin asudə vaxtlarını səmərəli keçirmələri baxımından xüsusi önəm kəsb edir.

Qeyd edək ki, "İrəli" İctimai Birliyi veloyürüşü Azərbaycan Velosiped İdmanı Federasiyasının, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilati dəstəyi ilə keçirib.

Tarix
2016.10.23 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla