Yuxarı

Azərbaycanda ailə strategiyası hazırlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ailə strategiyası hazırlandı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işlənilmiş Ailə Strategiyası artıq hazırdır.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin Avropa Parlament Forumu ilə birgə keçirdiyi, ana və uşaq ölümləri mövzusuna həsr olunan dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu strategiyada ailənin, qadınların sağlamlığı kimi məsələlər əhatə olunub.

H.Hüseynova əlavə edib ki, bu gün Azərbaycanda ailənin, onun hər bir üzvünün hüquqlarının müdafiəsi sahəsində ən güclü qanunvericlik bazası formalaşdırılıb: "Biz bir çox məsələlərdə müxtəlif təcrübələri öyrənirk. Amma bizə də çox müraciətlər edilir ki, Azərbaycanın təcrübəsi bir çox ölkələrdə öyrənilsin. Bizə hətta beynəlxalq təşkilatlar da müraciət edirlər ki, onların nümayəndələri Azərbaycana gələrək təcrübəmizi öyrənsinlər. Ən vacibi odur ki, icra strukturları, qanunvericilik qolları, məhkəmə sistemi arasında çox güclü əməkdaşlıq qurulsun. Bizim də gücümüz ondadır ki, Azərbaycanda bu 3 struktur bir-biri ilə çox yaxşı əməkdaşlıq edir. Çünki qanun nə qədər mükəmməl hazırlansa da, o, işlək olmazsa, heç bir faydası olmayacaq".

Tarix
2016.10.24 / 15:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Ankarada mühüm iclasda çıxış etdi

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla