Yuxarı

Fətullah Gülən Quranı kürsüdən atdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullah Gülən gənclik dövründə moizə oxuduğu zaman millətin Quranın qədrini bilmədiyini göstərmək üçün müqəddəs kitabı kürsüdən atıbmı?

"Axar.az" xəbər verir ki, "Star" qəzetinin yazarı Əlif Çakır tarixçi-yazar Qədir Misiroğlunun kitabındakı Fətullah Gülənə aid olduğu iddia edilən və onu çox əsəbiləşdirəcək bir bölümü köşəsində yazıb.

Milləti zorla sakitləşdirdim

Köşə yazarı məqaləsində yazır: "Misiroğlu kitabında 1969-73-cü illə arasında Ədalət Partiyası və Demokratiya Partiyası tərəfindən Mərsin və Samsun şəhərlərindən millət vəkili olmuş, indilər təqaüddə olan axund Hilmi Türkməndən bir xatirəni yazıb: "İsgəndərunda əsgərlikdə olduğum zaman mən də orada axund idim. Bir gün mənim də olduğum məsciddə moizə oxumaq üçün kürsüyə çıxdı. Quranın qiymətini bilmədikləri üçün şikayətləndi və o müqəddəs kitabı "siz belə elədiniz!" deyərək kürsüdən atdı (bu hadisə daha sonra Salihidə də baş vermişdi) və bu da camaat arasında böyük gərginliyə səbəb oldu.Milləti güc-bəla ilə sakitləşdirdim. Fətullahı oradan çıxarıb, evimə apardım. Gənc və təcrübəsiz olduğunu düşündüyüm üçün nəsihətlər verdim.

Onu ruhi xəstələr evinə apardılar

Aradan illər keçdi. 1965, ya da 1966-ci il idi. Çox pərişan bir vəziyyətdə mənim yanıma gəldi. İstanbuldakı dostlarının onu bir qəpiyi olmaya-olmaya bayıra atdıqlarını dedi və məndən iş istədi. İsgəndərundakı hadisəyə görə ehtiyatlı davrandım və müftiliyə müraciət etdim ki, həmin vaxt icazəli olan bir axundun yerinə hələlik bu moizə oxusun. Bir gün moizə oxuduğu zaman kürsüdən yıxılaraq, bayıldı. Xəstəxanaya apardıq. Həkimlər depressiyaya düşdüyünü dedi və onu Manisa ruhi xəstələr evinə göndərdilər. Bir-iki ay orada yatıb çıxandan sonra yenə kömək istədi. İzmirdəki Kəstanə Bazarındakı Quran kursunun idarəçilərini tanıyırdım. Manisada adı "dəli xoca" çıxar deyə, dostlarla məsləhətləşib ora göndərdim. 5-10 gün sonra halını xəbər almaq üçün yanına getdim. Kiminləsə pıçhapıç danışdığını gördüm. Danışdığı adam məni gördüyü zaman yaydan çıxmış ox kimi qaçdı. Fətullahdan soruşdum ki, bu kimdir? Dedi "bir tələbənin valideynidir".

Tarix
2014.03.12 / 13:45
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla