Yuxarı

Bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq?

Azərbaycanda kolleclərin fəaliyyətində dəyişikliklərin edilməsi məsələsi gündəmə gəlib. Belə ki, bəzi kolleclərin profilinə uyğun universitetlərin tərkibinə daxil edilməsi, ehtiyac olmayan digər kolleclərin isə ləğvi nəzərdə tutulur. Bu qərar hansı zərurətdən yarandı? Tələbələrin taleyi necə olacaq?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, kolleclərin yenidən təşkili məsələsinə yalnız təhsil müəssisələrinin birləşdirilməsi və ya ləğvi kimi yanaşmaq düzgün deyil:

“Burada əsas məqsəd orta ixtisas təhsilinin keyfiyyətini yüksəltmək, mütəxəssis hazırlığını əmək bazarının tələblərinə uyğunlaşdırmaq və mövcud təhsil resurslarından daha səmərəli istifadə etməkdir. Eyni profilli kollecin müvafiq universitetin tərkibində fəaliyyət göstərməsi tədris proqramlarının uyğunlaşdırılmasına, laboratoriya və maddi-texniki bazadan birgə istifadəyə, tələbələrin nəzəri biliklərlə yanaşı praktik bacarıqlarının inkişafına şərait yarada bilər. Digər tərəfdən, bəzi kolleclərdə tələbə sayının azalması, ixtisaslara tələbatın dəyişməsi və kadr hazırlığının müasir ehtiyaclarla uzlaşması məsələləri də bu cür struktur dəyişikliklərini gündəmə gətirən amillər sırasındadır”.

Deputat bildirib ki, bu prosesdə əsas məsələlərdən biri tələbələrin gələcəyidir:

“İnanıram ki, heç bir tələbə kənarda qalmayacaq və onların təhsillərini başa vurmaları üçün müvafiq şərait yaradılacaq. Kolleclərin yenidən təşkili tələbələrin təhsil hüquqlarına xələl gətirməməli, onların indiyədək əldə etdikləri nəticələr və gələcək planları nəzərə alınmalıdır. Eyni zamanda, müəllimlərin əmək hüquqlarının qorunması və bölgələrdə yaşayan gənclərin təhsilə əlçatanlığının təmin edilməsi də diqqətdə saxlanılmalıdır. Əsas məqsəd təhsil sistemini müasirləşdirməklə yanaşı, tələbələrin maraqlarını qorumaq və onların gələcəyə inamını gücləndirməkdir”.

Tarix
2026.10.12 / 09:26
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla