Yuxarı

Məktəb tədbirlərində milli geyimlərə icazə... - Əminə Məlikova

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəb tədbirlərində milli geyimlərə icazə... - Əminə Məlikova

Mən vahid məktəbli formasını dəstəkləyir və Nazirlər Kabinetinin qərarını alqışlayıram. Hesab edirəm ki, geyimlə bağlı ümumi tələblər uşaqların diqqətini təhsilə yönəltməyə, məktəb qaydalarına hörmət hissini formalaşdırmağa və ailələrin maddi imkanları arasındakı fərqlərin daha az nəzərə çarpmasına kömək edir. Məktəb hər bir uşağın özünü kollektivin bir üzvü kimi hiss etməli olduğu ümumi təhsil məkanıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib.

“Eyni zamanda, bu tələblərin uşaqların və valideynlərin hisslərinə həssaslıqla yanaşılaraq, sakit və hörmətli şəkildə izah edilməsini vacib sayıram. Valideynlər və pedaqoqlar uşaqlara bu qaydaların mahiyyətini anlamaqda kömək etməli, müəllimlər isə müəyyən edilmiş tələblərə hörmətlə yanaşmaqda nümunə göstərməlidirlər.

Uzun illər Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olan və kəlağayının qadınlarımızın gündəlik həyatına qayıtmasına öz töhfəsini vermiş bir insan kimi milli ənənələrimizin qorunmasına xüsusi önəm verirəm. Bu gün gənclərin öz köklərini daha yaxından tanımağa, milli geyim elementlərindən istifadə etməyə maraq göstərdiyini görürük. Bu, bizi sevindirir. Mədəni irs həyatımızın bir hissəsinə çevrildikcə yaşamağa davam edir.

Azərbaycan milli geyimi parçaları, çoxqatlı quruluşu, baş geyimləri və bəzəkləri ilə olduqca zəngindir. Milli geyim dəstindən gündəlik həyatda istifadə etmək hər zaman rahat olmasa da, istərdim ki, hər bir qadın belə bir geyimə sahib olsun. Milli geyimdə keçirdiyimiz hissləri sözlə ifadə etmək çətindir. Əvvəlki nəsillərlə xüsusi bir bağlılıq duyuruq. Kəlağayı isə bu bağlılığı müasir geyimimizdə də yaşatmaq üçün gözəl bir vasitədir.

Bu baxımdan, qərarda tariximizə, mədəniyyətimizə və milli-mənəvi dəyərlərimizə həsr olunmuş məktəb tədbirlərində Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə imkan verilməsini də alqışlayıram.

Mənim üçün bu, ardıcıl bir yanaşmadır: gündəlik məktəb həyatında vahid geyim formasına riayət edir, müvafiq mədəni tədbirlərdə isə uşaqları milli geyimimiz və onun mənası ilə tanış edirikş

Beləliklə, həm məktəbdə ümumi qaydalara hörmət, həm də mədəniyyətimizə, ənənələrimizə və bir-birimizə ehtiram hissini aşılayırıq”, - deyə Ə.Məlikova qeyd edib.

Tarix
2026.10.12 / 12:39
Müəllif
Ləman Rüfət
Digər xəbərlər

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla