Yuxarı

“Baksol” yolundakı hadisə: prokuror ona 5 il həbs istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Baksol” yolundakı hadisə: prokuror ona 5 il həbs istədi

Dövlət ittihamçısı "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun 3 il müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Axar.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra çıxışlar mərhələsi başlayıb, dövlət ittihamçısı da öz növbəsində çıxış edib.

Növbəti iclas oktyabrın 29-na təyin olunub.

Qeyd edək ki, 2025-ci il iyunun 26-da Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya sularının axdığı kanala düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb. Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.

Tarix
2026.10.15 / 13:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

Azərbaycan böyük iş görür - Tokayev

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla