Yuxarı

Bakıda MDB-nin iclası: dəyirmi masa keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda MDB-nin iclası: dəyirmi masa keçirildi

Bakı şəhərində MDB dövlətlərinin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının 39-cu iclası çərçivəsində “Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bu görüşün ölkələrimiz üçün getdikcə daha vacib olan bir mövzunu - aktiv və sağlam yaşlanmanı araşdırmaq, birgə müzakirə aparmaq imkanı yaratdığını qeyd edib.

O, yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin də təkmilləşməsinin, onlarla bağlı sosial xidmətlərin fərdi ehtiyaclara uyğun daha effektiv və məqsədəuyğun təşkilinin prioritet önəm kəsb etdiyini bildirib. Habelə peşəkar fəaliyyətlərini davam etdirmək, yeni bacarıqlar öyrənmək istəyən yaşlı nəsillə bağlı müvafiq fəaliyyət sahələrində təkmilləşmələrin aparılmasının əhəmiyyəti qeyd edilib.

Dəyirmi masanın qeyd edilən sahələrdə müzakirələrin, fikir mübadilələrinin aparılması, MDB ölkələrinin təcrübələrinin öyrənilməsi və faydalı təcrübə mübadiləsi üçün əlverişli platforma olduğu vurğulanıb.

Sonra MDB İcraiyyə Komitəsinin nümayəndəsi Olqa Kremskaya MDB Baş katibi Sergey Lebedevin tədbir üçün açılış nitqini səsləndirib.

Tədbirdə MDB Dövlətlərarası Statistika Komitəsi, MDB dövlətlərinin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurası Katibliyi, MDB dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə üzrə qurumlarının nümayəndələri tərəfindən “Demoqrafik dəyişiklik kontekstində sosial siyasət”, “Uzunömürlülük strategiyasının icrasında həyat keyfiyyətinə diqqət”, “Fəal və sağlam yaşlanma, sosial innovasiyalar” və s. mövzularda çıxışlar edilib.

MDB dövlətlərində yaşlı insanlarla bağlı sosial xidmətlər sisteminə, bu sahədə yeni yanaşmaların tətbiqi istiqamətində görülən işlərə, təhlillərə dair məlumatlar verilib, mövzu ətrafında müzakirələr aparılıb.

Tarix
2026.10.16 / 16:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla