Yuxarı

Daşqın Binəqədini iflic edib - İH

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daşqın Binəqədini iflic edib - İH

Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) yağışların yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı açıqlama yayıb.

APA-ya verilən açıqlamada bildirilir ki, oktyabrın 17-20-də yağışların miqdarı Binəqədi rayonunda - Xocəsən, Biləcəri, Binəqədi və M. Ə. Rəsulzadə qəsəbələri ərazisində daha intensiv olub, nəticədə rayonun ərazisindən keçən Xırdalan-Binəqədi kollektoru, eyni zamanda qəsəbələrin ərazisindən keçən təbii kanal daşıb, sel suları ətrafa yayılaraq ümumilikdə 5 minə yaxın fərdi yaşayış evini, qeyri-yaşayış obyektlərini və məhəllədaxili yolları yağış və çirkab suları basıb, Binəqədi şossesində avtomobil nəqliyyatının hərəkəti tam məhdudlaşıb və əhali arasında ciddi narahatlığa səbəb olub.

"Təbii fəlakət baş verən gündən etibarən rayonun fövqəladə hallar komissiyasının tərkibində aidiyyəti qəsəbələr üzrə rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin rəhbərliyi ilə operativ qərargahlar yaradılıb, sakinlərlə yerlərdə görüşlər keçirilib və təbii fəlakətin fəsadlarının birgə aradan qaldırılması işləri təşkil edilib. Rayon kommunal xidmət təşkilatları gücləndirilmiş iş rejiminə keçirilib və sutka ərzində növbətçilik sistemi təşkil edilib. Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin, "Azərsu" ASC-nin və yerli özünüidarəetmə orqanlarının birgə gördüyü tədbirlər nəticəsində insan tələfatının qarşısı alınıb, təhlükəli yerlərdə olan 100-dən artıq ailə təxliyə edilib və Binəqədi şossesində nəqliyyatın hərəkəti qismən bərpa edilib.

Görülmüş tədbirlər nəticəsində Xocəsən qəsəbəsində təbii fəlakətin nəticələri tam aradan qaldırılıb, Biləcəri qəsəbəsində vətəndaşların xahişi nəzərə alınaraq yağış sularını ötürmək üçün daxili imkanlar hesabına sakinlərlə birlikdə 3 min metrdən çox açıq kanalların qazılması işlərinə başlanıb və bu iş bu gün də davam edir. Bu günə artıq 4500-dən çox evdən suyun çəkilməsi işləri yekunlaşıb, hazırda 243 fərdi evlərdə su qalıb. Bununla yanaşı, təbii fəlakətin fəsadlarını tam olaraq aradan qaldırmaq üçün Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlarla koordinasiyalı şəkildə zəruri tədbirlərin görülməsi davam edir", - deyə açıqlamada qeyd olunur.

Binəqədi RİH açıqlamada sakinlərə də müraciət edib. Müraciətdə bildirilir ki, sakinlər günün istənilən saatında Binəqədi rayonunun su basmış ərazilərində yaradılmış və fəaliyyət göstərən qərargahlara müraciət edə bilərlər: "Bununla əlaqədar ərazilərdə fəaliyyət göstərən - Binəqədi rayonu üzrə: 1646 ("Sakinlərin Müraciət Xidməti– 1646"), M. Ə. Rəsulzadə qəsəbəsi üzrə: 412 28 74 (M.Ə.Rəsulzadə bələdiyyəsi), Biləcəri qəsəbəsi üzrə: 401 37 64 (Biləcəri bələdiyyəsi) və Binəqədi qəsəbəsi üzrə: 411 21 80 (daxili nömrə-19) (Binəqədi bələdiyyəsi) qərargahlarla əlaqə saxlamaq mümkündür".

Tarix
2016.10.26 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla