Yuxarı

Valideynlər test kitabçaları almaqdan bezib - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Valideynlər test kitabçaları almaqdan bezib - Video

Orta məktəblərin əksəriyyətində şagirdlərdən hər fənn üçün əlavə test kitablarının alınması tələb olunur. Bu kitabçaların özləri kimi qiymətləri də müxtəlifdir. Bir fənn üzrə test kitabçasının qiymətini təxminən 5 manatdan götürsək və hər fənndən bu kitabın alınması məcbur olunsa və üstəgəl, bir dərs ili ərzində bir necə dəfə alınmalıdırsa, görün nə qədər xərc deməkdir. Bəs Təhsil Nazirliyi məsələyə nə münasibət bəsləyir?

Xəzərxəbər bildirir ki, belə test tikablarının qiymətləri sinfə və nəşrinə görə dəyişir. Həmin qiymətlər Dövlət İmtahan Mərkəzi tərəfindən təyin olunur və hər kitabçanın üstündə qeyd edilir. Bəzi hallarda isə satıcılar bu rəqəmlərə məhəl qoymur və bir az da baha satır.

Satıcıların sözlərinə görə, kitabçalara maraq olduqca böyükdür. Hətta elə gün olur ki, günə 50-60 ədəd satırlar.

Valideynlər isə test kitablarının uşaqlara çox aldırılmasından narazıdırlar.

Təhsil Nazirliyi müəllimlərin uşaqları test almağa məcbur etməsini düzgün saymır. Əgər bununla bağlı valideynlərin hər hansı bir şikayət varsa, Təhsil Nazirliyinə və 146 nömrəli qaynar xəttə müraciət edə bilərlər.

Tarix
2016.10.26 / 23:26
Müəllif
Axar.az
Digər xəbərlər

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla