Yuxarı

Əzizbəylinin kürəkəni həbs edildi: 600 minlik dələduzluq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əzizbəylinin kürəkəni həbs edildi: 600 minlik dələduzluq

10:34

Mərhum xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib.

Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

***

Mərhum xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadənin zərərçəkmişlərə vurduğu ziyan 600 min manatdan çoxdur.

Xatırladaq ki, Rüfət Qasımzadə bu ilin fevral ayından külli miqdarda dələduzluqda ittiham olunur. Onunla bağlı sosial şəbəkədə məlumat yayılıb və polis tərəfindən araşdırma aparıldığı bildirilib.

Daha sonra DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıblar.

Faktla bağlı R.Qasımzadə və M.Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) cinayət işi başlanılıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Tarix
2026.10.21 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla