Yuxarı

İtkinlərin ailə üzvləri ilk dəfə AB-də qəbul olundular

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtkinlərin ailə üzvləri ilk dəfə AB-də qəbul olundular

Azərbaycanlı itkin düşmüş şəxslərin ailə üzvləri ilk dəfə Avropa Birliyinin (AB) Xarici Fəaliyyət Xidmətində qəbul olunublar.

Axar.az xəbər verir ki, oktyabrın 21-də Brüsseldə keçirilən görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin üzvləri Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsələlər üzrə müşaviri Okke Bouwman və Azərbaycanla əlaqələr üzrə koordinatoru Marco Cardinali ilə görüşüblər.

Təxminən bir saat davam edən görüşdə itkin ailələri Ermənistanın münaqişədən sonrakı dövrdə də yaxınlarının taleyi barədə heç bir məlumat təqdim etmədiyini bildiriblər.

İctimai Birliyin sədri Könül Behbudova oktyabrın 20-də azərbaycanlı itkin ailələrinin Avropa Parlamentinin qarşısındakı Lüksemburq meydanında etiraz aksiyası keçirdiklərini və bəyanat qəbul etdiklərini diqqətə çatdırıb.

O vurğulayıb ki, Ermənistan azərbaycanlı itkinlərin taleyinə görə birbaşa məsuliyyət daşıyır və kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməlidir.

Könül Behbudova işğaldan azad edilmiş Azərbaycan ərazilərində indiyədək 32 kütləvi məzarlığın aşkarlandığını bildirərək, bunu böyük humanitar faciənin yalnız bir hissəsi kimi qiymətləndirib.

Görüşdə, həmçinin oktyabrın 21-də Brüsselin mərkəzi Şuman meydanında azərbaycanlı itkin ailələrinin növbəti aksiyasının keçirildiyi qeyd olunub.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin nümayəndələri yaxınlarının taleyinə aydınlıq gətirilənədək etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Tarix
2026.10.21 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla