Yuxarı

Almaniya onu Azərbaycana təhvil verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya onu Azərbaycana təhvil verir

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ekstradisiya ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğunun Almaniya Federativ Respublikasının Federal Ədliyyə İdarəsinə müraciəti və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Elmir Elxan oğlu Nuriyevin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Elmir Nuriyevin özünü şirkət rəhbəri kimi təqdim edərək müxtəlif şəxsləri aldatmaqla və onların etibarından sui-istifadə etməklə, onlara məxsus mənzilləri təmir edəcəyinə dair yalan vədlər verməsi və bu yolla xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Almaniya Federativ Respublikasının ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib.

Hazırda Elmir Nuriyevin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.

Tarix
2026.10.22 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla