Yuxarı

DSMF-dən əmək pensiyaları ilə bağlı mühüm açıqlama...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DSMF-dən əmək pensiyaları ilə bağlı mühüm açıqlama...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsi qaydalarına aydınlıq gətirib.

DSMF-dən Axar.az-a verilən xəbərə görə, əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsi ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyalarına münasibətdə əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur.

Bildirilib ki, 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir. Həmçinin əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır.

Əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və yenidən təyin edilməsi elektron qaydada, bu mümkün olmadıqda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Fondu aidiyyəti struktur bölmələri və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “DOST” mərkəzləri tərəfindən vətəndaşın xidmət yerinə şəxsən və ya nümayəndəsi zəruri sənədlərlə gəlməklə xidmət həyata keçirilir.

“Bu xidmətin istifadəçiləri - Azərbaycan Respublikası vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

Əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsi ilə bağlı müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılmaqla müvafiq qərar qəbul edilir. Belə ki, əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə əlilliyə görə əmək pensiyası bərpa olunur.

5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verdikdə isə şəxsin əlilliyə görə əmək pensiyası hüququna yenidən baxılır, bu halda şəxsin əlilliyə görə pensiya hüquq yarandığı halda yenidən əmək pensiyası təyin edilir. Əmək pensiyası hüquq yaranmadığı halda isə pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul edilir və bu barədə müraciətdə qeyd olunmuş əlaqə vasitələrindən birinə müvafiq qaydada məlumat göndərilir”, - DSMF-nin məlumatında deyilir.

Tarix
2026.10.22 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla